Azərbaycanlı idmançı həbs edildi
İdman
Urmiyadan olan taekvondoçu Meyşəm Şirini 1 il həbs cəzasını çəkmək üçün şəhərin həbsxanasına yerləşdirilib.
News24.az bildirir ki, o, “rejim əleyhinə təbliğat”da təqsirli bilinib.
Qeyd edək ki, azərbaycanlı ITF taekvondoçusu Meyşəm Şirini Urmiyada təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Sorğu-sual başa çatdıqdan sonra SEPAH-nin kəşfiyyat idarəsinə aparılıb. Oradan isə Urmiya şəhərinin təcridxanasına köçürülüb.