Bakı tennis turnirində qaliblər müəyyənləşdi - VİDEO

Bakı tennis turnirində qaliblər müəyyənləşdi - VİDEO İdman

Bakıda keçirilən “ITF Juniors J30 Baku” beynəlxalq tennis turnirinin qalibləri bəlli olub.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yarışda oğlanlar və qızlar arasında fərdi və qoşa kateqoriyalar üzrə mükafatçılar müəyyənləşib.

Oğlanların fərdi mübarizəsində Filip Smirnov birinci, Yakov Mazin isə ikinci yeri tutub. Qızların fərdi yarışında Vladislava Slelina birinci, Yevgeniya Sklyar isə ikinci olub.

Oğlanların qoşa yarışında Filip Smirnov və Yakov Mazin tandemi birinci pilləyə yüksəlib, Runmaan Maneş və Yonatan Şaqas ikilisi isə ikinci yeri tutub.