Bakıda dünya çempionatının son qalibləri müəyyənləşdi - Video

Bakıda dünya çempionatının son qalibləri müəyyənləşdi - Video İdman

Paytaxtımızda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 7-də son mərhələ olan döyüş açılışı növü üzrə yarışlar keçirilib.

News24.az xəbər verir ki, yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.

Kişilər arasında döyüş açılışı növündə komandalar arasında I yeri Qazaxıstan Respublikası, II yeri Monqolustan, III yeri isə Özbəkistan Respublikasının komandası tutub.

Qadınlar arasında I yerə Rusiya Federasiyası, II yerə Belarus Respublikası, III yerə isə Qazaxıstan Respublikasının komandası layiq görülüb.

Qalib və mükafatçılara medalları Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının baş katibi Andrey Kulik təqdim edib.

Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.

dırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.