Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
İdman
Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək.
News24.az AzVİF-ə istinadən xəbər verir ki, yaşı 35-dən yuxarı olan həvəskar velosipedçilər qrup ötüşməsində qüvvələrini sınayacaqlar.
35-49 yaş kateqoriyasında olan kişi velosipedçilər 34 km, 50+ yaş kateqoriyasındakı idmançılar isə 25 km məsafəyə yarışacaqlar. 35+ yaş kateqoriyasında olan qadın velosipedçilər isə 17 km məsafəyə yarışacaqlar.
Qeyd edək ki, turnir avqustun 2-də Şıxovdakı Veloparkda təşkil olunacaq.