Balabəy Ağayev qızıl medal qazandı

Balabəy Ağayev qızıl medal qazandı İdman

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

News24.az xəbər verir ki, finalda Tacikistan təmsilçisi Loiq Kudbudinovla qarşılaşan idmançı rəqibinə qabil gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.