"Barcelona" PSJ-dən UEFA-ya şikayət edəcək: "Paris üsulu ilə qətliam"
İdman
UEFA Çempionlar Liqasının 3-cü turunda PSJ doğma meydanda “Barselona”nı 4:2 hesabı ilə məğlub edərək Kataloniya təmsilçisinin 11 oyunluq qələbə seriyasına son qoyub.
News24.az xəbər verir ki, Avropanın iki nəhəng klubunun qarşılaşmasından əvvəl Paris təmsilçisinin azarkeşləri “Paris üsulu ilə qətliam” yazılmış pankart açaraq “Texas mişarı qətliamı” filminə istinad edən xoreoqrafiya nümayiş etdiriblər.
Xoreoqrafiyada PSJ forması geyinmiş azarkeşin mişarla “Barselona” klubunun loqosunu kəsdiyi an təsvir olunub.
İspaniya mətbuatının məlumatına görə, “Barselona” rəhbərliyi bu xoreoqrafiyaya görə PSJ-ni UEFA-ya şikayət etməyə hazırlaşır.