"Barselona" - Superkubokun qalibi oldu

"Barselona" - Superkubokun qalibi oldu İdman

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki King Abdullah Sports City stadionunda İspaniya Superkubokunun finalında Real Madrid və Barselona komandaları üz-üzə gəlib.

News24.az xəbər verir ki, 7 qolun qeydə alındığı matçda "Barselona" rəqibini 5-2 hesabı ilə üstələyərək 15-ci dəfə kubokun sahibi olub.

"Barselona"ya qələbə qazandıran qolları 22-ci dəqiqədə Lamine Yamal, 36-cı dəqiqədə Robert Levandovski, 39 və 48-ci dəqiqələrdə Rafinya və 45+10 Alejandro Balde vurub. Real Madridin qollarını isə 5-ci dəqiqədə Kilian Mbappe və 60-cı dəqiqədə Rodriqo vurub.

Digər tərəfdən, "Real Madrid"də çıxış edən türkiyəli milli oyunçu Arda Gülər də oyuna çıxa bilməyib.

Günel Məlikzadə