"Barselona" "Aston Villa"nın oyunçusunu alır
İdman
"Aston Villa"nın mərkəz hücumçusu Con Duranın idman agenti Kataloniya "Barselona"sının rəhbərliyi ilə görüşüb.
News24.az xarici mətbuata istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi artıq növbəti mövsüm üçün heyət formalaşdırır və müxtəlif liqalarda gənc perspektivli futbolçuları izləyir. Pau Viktor və Daniel Olmo ilə bağlı vəziyyət, artıq komandada kadrların rotasiyası məsələsini gərginləşdirib.
Xatırladaq ki, ötən ilin oktyabrında Duran Aston Villa ilə müqaviləsini 2030-cu ilin iyun ayının sonuna kimi uzadıb. Bu mövsüm kolumbiyalı 26 matçda iştirak edib və burada 12 qol vurub.
Ağa Dadaşzadə