“Barselona” baş məşqçi Fliklə müqaviləni uzatdı

“Barselona” baş məşqçi Fliklə müqaviləni uzatdı İdman

İspaniyanın “Barselona” klubu baş məşqçi Hansi Flikin müqaviləsini uzadıb.

News24.az xəbər verir ki, klubun yaydığı məlumata əsasən, alman mütəxəssislə müqavilənin müddəti 2028-ci ilin iyun ayınadək artırılıb. Əvvəlki anlaşmanın 2027-ci ildə başa çatması nəzərdə tutulurdu.

2024-cü ildən komandaya rəhbərlik edən Hansi Flik bu müddətdə “Barselona” ilə bir neçə titul qazanıb.

Baş məşqçi klubda çalışmaqdan məmnun olduğunu bildirib və komanda ilə yeni uğurlar qazanmaq üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.