"Barselona" məşhur komandanın oyunçusunu transfer etdi
İdman
İspaniyanın "Barselona" klubu Almaniyanın "Borussiya Dortmund" komandasında çıxış edən Kərim Adeyemini transfer edib.
News24.az xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı alman cinah oyunçusu ilə 2031-ci ilədək müqavilə imzalayıb.
Məlumata görə, transferin dəyəri bonuslarla birlikdə 29 milyon avro təşkil edir.