“Barselona”dan ayrılır, “Qalatasaray”a pulsuz transfer ola bilər

“Barselona”dan ayrılır, “Qalatasaray”a pulsuz transfer ola bilər İdman

Türkiyənin "Qalatasaray" klubu yay transfer pəncərəsi üçün iddialı bir plan hazırlayır. İstanbul təmsilçisi "Barselona"nın (FC Barcelona) müdafiəçisi Andreas Kristensenin xidmətində maraqlıdır.

News24.az xəbər verir ki, danimarkalı müdafiəçinin müqaviləsi iyun ayında başa çatır.

Məlumata görə, 29 yaşlı futbolçu iyun ayında "azad agent" statusu qazanacaq. Bu isə o deməkdir ki, "Qalatasaray" bu transfer üçün "Barselona"ya hər hansı bir transfer haqqı ödəməyəcək. Sarı-qırmızılılar həm idman, həm də maliyyə baxımından futbolçu üçün cəlbedici bir paket hazırlayıblar.

Kristensenə Avropanın digər nəhəng klublarının da maraq göstərdiyi bildirilsə də, hazırda ən real variantın "Qalatasaray" olduğu vurğulanır. Klub rəhbərliyi təcrübəli müdafiəçi ilə heyəti gücləndirərək gələn mövsüm Avropa arenalarında daha uğurlu çıxış etməyi hədəfləyir.