“Barselona”nın qapıçısı zədələndi
İdman
“Barselona”nın qapıçısı Joan Qarsiya “Nyukasl Yunayted”lə oyunda zədələnib.
News24.az xəbər verir ki, Çempionlar Liqasında qazanılan qələbəyə baxmayaraq, oyun zamanı qapıçı baldır nahiyəsindən zədə alıb. İlkin müayinələr zamanı onun əzələsində yırtıq olduğu müəyyən edilib.
Məlumata görə, Joan Qarsiya bir neçə həftə meydanlardan kənarda qala bilər. Bu isə mövsümün sonuna yaxın komanda üçün problem yarada bilər.