Basketbol yığmamız Avropa üçüncüsü oldu

Basketbol yığmamız Avropa üçüncüsü oldu İdman

Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

News24.az xəbər verir ki, yığma 3-cü yer uğrunda görüşdə Sloveniya seçməsi ilə qarşılaşıb.

Rəqibinə 21:18 hesabı ilə qalib gələn milli komanda bürünc mükafata sahib çıxıb.