“Bavariya”dan sürpriz qərar: Noel Aseko geri qaytarılır

“Bavariya”dan sürpriz qərar: Noel Aseko geri qaytarılır İdman

“Bavariya Münhen” yarımmüdafiə xəttini gücləndirmək üçün yeni qərar verib.

News24.az xəbər verir ki, klub gənc futbolçu Noel Asekonu geri qaytarmağa hazırlaşır.

Məlumata görə, Aseko hazırda “Hannover 96” komandasında icarə əsasında çıxış edir. Alman klubu onu 1 milyon avroya almaq istəsə də, “Bavariya Münhen” 2,5 milyon avroluq geri alma maddəsindən istifadə edəcək.

20 yaşlı yarımmüdafiəçinin yayda komandadan ayrılması gözlənilən Leon Qoretzkanın yerini tutmaq üçün əsas namizəd olduğu bildirilir. Klub yeni transfer etməsə, planlarını məhz onun üzərində qura bilər.