"Bayer 04"də "Qarabağ"la oyun öncəsi ciddi itkilər

"Bayer 04"də "Qarabağ"la oyun öncəsi ciddi itkilər İdman

Avroliqanın 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer 04” oyuna ciddi itkilərlə çıxacaq.

News24.az Offsideplus.az-a istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 3 futbolçudan yararlana bilməyəcək. Bunlar müdafiəçi Artur, hücumçu Viktor Bonifes və yarımmüdafiəçi Noay Mbambadır.

Qeyd edək ki, sabah "BayArena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 2:2 hesabı qeydə alınıb.