"Bayern" ulduz futbolçu üçün PSJ-yə müraciət etdi
İdman
“Bayern Münhen” Bredli Barkolanı transfer etmək istəyir.
News24.az xəbər verir ki, klubun idman direktoru Maks Eberl son günlər transfer imkanlarını araşdırır.
Lakin Paris Sen-Jermen futbolçu üçün 90 milyon avro tələb edir. Bildirilir ki, Almaniya təmsilçisi bu məbləğin ödənilməsinə isti yanaşmır.
Qeyd olunur ki, Münhen klubu ötən yay da Barkola ilə maraqlanıb. Daha sonra isə “Liverpul”dan Luis Dias transfer olunub.
Bununla belə, Almaniya təmsilçisinin hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirdiyi bildirilir.