Bəhlul Mustafazadə 3 həftə sonra fərdi məşqlərə başlayacaq
İdman
"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə 3 həftə sonra fərdi məşqlərə başlayacaq.
Bu barədə News24.az-a "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, daha sonra bərpa prosesi nəzərə alınacaq: "Nəticədə isə həkimlərin rəyinə və ümumi duruma baxılaraq qərar veriləcək".
Xatırladaq ki, “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə “Nyukasl”la Çempionlar Liqasının pley-off mərhələsi matçında zədələnərək meydanı tərk etmişdi. Daha sonra isə müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirmişdi.