“Benfika” məşhur futbolçu üçün hərəkətə keçdi

“Benfika” məşhur futbolçu üçün hərəkətə keçdi İdman

Portuqaliyanın “Benfika” klubu Türkiyə millisinin futbolçusu Yunus Akgün üçün “Qalatasaray”a rəsmi transfer təklifi göndərib.

News24.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, İstanbul təmsilçisinin yetirməsi olan 24 yaşlı futbolçu üçün 17 milyon avro və əlavə olaraq 2 milyon avro bonus təklif olunub. Lakin “Qalatasaray” rəhbərliyi bu təklifi geri çevirib.

Məlumata əsasən, klub prezidenti Dursun Özbek komandanın aparıcı oyunçularını heyətdə saxlamaq qərarı verdiyi üçün transferə razılıq verməyib.

Qeyd edək ki, Yunus Akgün son mövsümdəki uğurlu performansı ilə “Qalatasaray”ın əsas simalarından birinə çevrilib və bir sıra Avropa klublarının diqqətini cəlb edib.