Benzia “Sabah”–“Qarabağ” oyunundan sonra hakimi sərt tənqid etdi
İdman
“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia dünən axşam keçirilən “Sabah”–“Qarabağ” oyunu ilə bağlı paylaşım edib.
News24.az xəbər verir ki, əlcəzairli futbolçu paylaşımında hakimin idarəçiliyini sərt tənqid edib:
“Hakim utancvericidir. Ölkənin ən yaxşı komandasını yalnız bu yolla məğlub edə bilərsiniz".
Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Sabah” doğma meydanda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.