“Birbank”dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq
İdman
“Birbank Yığım” hesabı olan müştəriləri üçün “Yığ və qazan” lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyən ediləcək. Qaliblər 20 000, 10 000 manat, 5000 manat məbləğlərində pul mükafatları qazanacaq. Lotereyanın baş mükafatı isə 50 000 manat təyin edilib.
Lotereyada həm mövcud, həm də yeni manat və dollar yığım hesabı olan “Birbank” müştəriləri iştirak edə bilərlər. İştirakçılar “Birbank” tətbiqində “Bizdən sizə” → “Lotereya” bölməsinə daxil olaraq yerinə yetirə biləcəkləri tapşırıqları və qazandıqları şansların sayını görə bilərlər.
“Yığ və qazan” lotereyasında şansların sayı müştərinin yığım hesabı üzrə həyata keçirdiyi əməliyyatlara və yığım davranışına əsasən formalaşır. Belə ki, hesab açmaq, ona vəsait əlavə etmək, yığım məqsədi müəyyənləşdirmək, avtomatik artırmanı aktivləşdirmək və hesabda yeni vəsait saxlamaq kimi fəaliyyətlər əlavə şans qazandırır.
Lotereyanın ilk tirajı 25 noyabr 2026-cı il, ikinci tirajı 24 dekabr 2026-cı il, final tirajı isə 21 yanvar 2027-ci il tarixində keçiriləcək. 50 000 manat məbləğində baş mükafat final tirajda sahibini tapacaq.
Ətraflı məlumat üçün: http://www.b-b.az/bylp
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial, 50 şöbədən və 15 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. “Birbank”ın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.