"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi İdman

"Milyonçu" şousuna yarışmaq və əylənmək üçün getmişdim. 12 yaşımda peşəkar futbolçu olmayacağımı anlayanda məşqçi olmağa qərar verdim. Sonra elə alındı ki, İngiltərəyə köçmək imkanım yarandı. Oraya daha yaxşı həyat qurmaq və futbol məşqçiliyi karyeramı inkişaf etdirmək üçün getdim".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan çempionu və ölkə kubokunun qalibi, tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksələn "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas müsahibəsində deyib.
"Həqiqətən inanılmaz mövsüm oldu. Yerli çempionatda möhtəşəm bir komanda var - "Qarabağ". Ötən mövsüm Çempionlar Liqasında əsl sıçrayış etdi. Son 13 ildə 12 dəfə Azərbaycan çempionluğunu qazanıblar, ardıcıl 12 il avrokubokların qrup mərhələsində çıxış ediblər. Biz "Qarabağ"dan çox şey öyrəndik. Onlar bizim daha yaxşı komanda olmağımıza kömək etdilər. Aramızdakı hər oyun taktiki, psixoloji və texniki cəhətdən ən yüksəksəviyyəli mübarizə idi. "Qarabağ"ın Azərbaycan futbolu üçün etdikləri təqdirəlayiqdir. Hətta Azərbaycana gəlməzdən əvvəl də onların oyununu böyük maraqla izləyir, necə uğur qazandıqlarını anlamağa çalışırdım. "Qarabağ"a qarşı hər oyun mənim üçün universitet dərəcəsi almağa bərabər dərs oldu. Həmin matçlardan çox şey öyrəndim və bu mövsüm onlarla yenidən qarşılaşmağı səbirsizliklə gözləyirəm. Azərbaycan futbolundakı rəqabət hər kəsə fayda verəcək. Burada "Zirə", "Turan Tovuz" və "Neftçi" kimi ambisiyalı komandalar çıxış edirlər. İnanıram ki, Azərbaycan Premyer Liqasının parlaq gələcəyi var". /insanoid/