"Borussiya"nın baş məşqçisi Niko Kovaç: "Sabah"ı yaxşı təhlil etmişik"

"Borussiya"nın baş məşqçisi Niko Kovaç: "Sabah"ı yaxşı təhlil etmişik" İdman

Almaniyanın "Borussiya" (Dortmund) klubu "Sabah" komandasını təhlil edib.

News24.az xəbər verir ki, bunu "Borussiya"nın baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

"Bu, mənim artıq Bakıya ikinci gəlişimdir. Azərbaycan çox gözəl ölkədir. "Sabah"ı artıq təhlil etmişik. Rəqib komanda ilə bağlı lazımi məlumatlar bizdə var. Sabahkı görüşdə qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.