Braziliya və Mərakeş pley-offda: C qrupunda ilk iki yer müəyyənləşdi
İdman
FIFA Dünya Kubokunun qrup mərhələsinin son turunda Braziliya Şotlandiyanı 3:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.
News24.az xəbər verir ki, Vinisiusun dubl etdiyi oyunda digər qolu Mateus Kunya vurub. Braziliya 7 xalla C qrupunu lider kimi başa vurub.
Qrupun digər görüşündə Mərakeş Haiti üzərində 4:2 hesablı qələbə qazanaraq 7 xal toplayıb. Lakin top fərqinə görə Braziliyadan geri qalaraq ikinci yeri tutub və pley-offa yüksəlib.