Bu gün derbi var: "Qalatasaray" "Fənərbaxça"ya qarşı

Bu gün derbi var: "Qalatasaray" "Fənərbaxça"ya qarşı İdman

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

News24.az xəbər verir ki, lider “Qalatasaray” 31-ci turda öz meydanında əzəli rəqibi  “Fənərbaxça”nı qəbul edəcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Hazırda “Qalatasaray” 30 turdan sonra 71 xalla birinci sıradadır. “Fənərbaxça” isə 67 xalla ikincidir.