Bu ölkədə milli valyuta 2026-cı ildə avroya KEÇƏCƏK

Bu ölkədə milli valyuta 2026-cı ildə avroya KEÇƏCƏK İdman


Avropa İttifaqı (Aİ) ölkələrinin maliyyə nazirləri Bolqarıstanın milli valyutası olan levdən avroya keçidini təsdiqləyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında məlumat yayılıb.

Keçidin 2026-cı ilin əvvəlində baş tutması planlaşdırılır.

Bolqarıstan avronu rəsmi milli valyuta kimi istifadə edən 21-ci ölkə olacaq. Müəyyən edilmiş məzənnəyə görə 1 avro 1,95583 leva təşkil edəcək.