"Bu qələbəni xalqımıza həsr edirik" – Ramiz Çovdarov

"Bu qələbəni xalqımıza həsr edirik" – Ramiz Çovdarov İdman

Azərbaycan minifutbol millisinin üzvü Ramiz Çovdarov Avropa çempionatında qazanılan növbəti çempionluğu dəyərləndirib.

News24.az xəbər verir ki, o, komandanın ikinci dəfə Avropa çempionu olmasından böyük qürur hissi keçirdiklərini bildirib.

“Çox xoşbəxtik. Şükürlər olsun ki, ikinci dəfə Avropa çempionu olduq”, – deyə Çovdarov qeyd edib.

Milli üzvü komandanın uğurunda azarkeşlərin dəstəyinin mühüm rol oynadığını vurğulayıb.

“İstər Slovakiyada tribunadan bizi dəstəkləyən, istərsə də uzaqdan ürəyi bizimlə döyünən azarkeşlərimiz bu yolda bizə ən böyük gücü verdilər. Onların dəstəyi sayəsində uğura nail olduq”, – o bildirib.

Ramiz Çovdarov əldə olunan uğuru Azərbaycan xalqına və komandaya dəstək olan hər kəsə həsr etdiklərini söyləyib.

“Bu qələbəni xalqımıza, bizi sevən hər kəsə həsr edirik”, – milli komandanın üzvü əlavə edib.