"Bu xal bizim üçün çox vacib idi" - "Sabah"ın müdafiəçisi
İdman
“Bu gün heç-heçə edə bilərdik".
News24.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçirilən "Sabah" - "Borussiya Dortmund" oyunundan sonra müdafiəçi Timoteuş Puxaç jurnalistlərə açıqlamasında deyib .
O bildirib ki, “Borussiya” dünyanın ən yaxşı komandalarından biridir: "Onlar çoxlu qol imkanları yaradırlar, amma bizim də fürsətlərimiz oldu. Belə səviyyəli oyunlarda rəqibin qol imkanları qazanması təbiidir.
Lakin bu gün heç-heçə etmək şansımızın olduğunu düşünürəm. 1:2 hesabı ilə geridə olduğumuz vaxt Simiçin və Orkanın qol imkanları oldu. Buna görə də məyusluq hissi keçiririk. İçimizdə bir boşluq var. Çünki bu xal sonda bizim üçün çox vacib ola bilər”.