Bundesliqada ən çox maaş alan məşqçi kimdir?

Bundesliqada ən çox maaş alan məşqçi kimdir? İdman

“Bavariya”nın çalışdırıcısı Vinsent Kompani Almaniya Bundesliqasında ən çox maaş alan məşqçidir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, belçikalı mütəxəssis ayda 750.000 avro qazanır. Bu barədə Fransanın nüfuzlu “L’Équipe” nəşri məlumat yayıb.

Almaniya çempionatında ən çox maaş alan 3 məşqçi:

Vinsent Kompani (“Bavariya”) – 750 min avro.

Xabi Alonso (“Bayer”) – 425 min avro.

Marko Rouz (“Leyptsiq”) – 375 min avro.

Kompani ötən yay “Bavariya”ya baş məşqçi təyin olunub.