Çempionlar Liqası: "Sabah" Danimarkada minimal hesabla məğlub oldu
İdman
“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
News24.az xəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə Danimarkanın “Orhus” klubuna 1:2 hesabı ilə məğlub olub.
Meydan sahiblərinin heyətində Ceyms Boqere 31-ci və 63-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb. “Sabah”ın yeganə qolunu isə 67-ci dəqiqədə Velko Simiç vurub.
Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Masazırda keçiriləcək.