Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli oldu

Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli oldu İdman

Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

News24.az xəbər verir ki, tədbirdə "Sabah"ın rəqibi də bəlli olub.

Yığıncaq İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutub.

Komandamız Uelsin TNS klubuna rəqib olub. Təmsilçimiz ilk matçı evdə keçirəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq.