"Çətin rəqiblə oyuna çıxırıq" - Mahir Emreli

"Çətin rəqiblə oyuna çıxırıq" - Mahir Emreli İdman

Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasında Litva yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

News24.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib:

“Yaxşı hazırlaşmışıq. Çətin rəqiblə oyuna çıxacağımızı bilirik. Məqsədimiz müsbət nəticə qazanmaq olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Özümü yaxşı hiss edirəm. Sabah komandama kömək etməyə hazıram”.

Qeyd edək ki, Litva – Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.