Çexiya-CAR qarşılaşması: son dəqiqələrdə penalti ilə hesab bərabərə bitdi
İdman
Futbol üzrə dünya çempionatında A qrupunun II turu çərçivəsində keçirilən Çexiya – Cənubi Afrika Respublikası (CAR) oyunu heç-heçə başa çatıb.
News24.az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində yerləşən stadionda baş tutan qarşılaşmada hesabı Çexiya millisi açıb. Oyunun 6-cı dəqiqəsində Mixal Sadilek komandasını önə keçirib.
Görüşün böyük hissəsində üstünlüyünü qoruyan Avropa təmsilçisi qələbəyə yaxın olsa da, son dəqiqələrdə hesab bərabərləşib. CAR millisinin futbolçusu Teboho Mokoena 83-cü dəqiqədə təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını məğlubiyyətdən xilas edib.
Beləliklə, Çexiya və Cənubi Afrika Respublikası yığmaları meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıblar.