"Çelsi" futbolçusunu icarəyə verdi

"Çelsi" futbolçusunu icarəyə verdi İdman

İngiltərə təmsilçisi "Çelsi" futbolçusu Mamadu Sarrı Fransanın "Strasburq" komandasına icarəyə verib.

News24.az "zadəganlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümünün sonuna qədər Liqa 1 təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, M.Sarr 2 ay əvvəl məhz "Strasburq"dan "Çelsi"yə transfer olunub. London klubu onunla 2033-cü ilə qədər müqavilə bağlayıb.