ÇL: Bu gün "Sabah" - "Barselona" qarşılaşması var
İdman
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
News24.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv İspaniya təmsilçisi "Barselona"nı qəbul edəcək.
Liqa mərhələsinin V turunun qarşılaşması Bakı Olimpiya Stadionunda, saat 21:45-də start götürəcək.
Matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.
"Sabah" hazırda 3 xalla 30-cı yerdədir. İngiltərənin "Mançester Yunayted" (0:4), Almaniyanın "Borussiya" (Dortmund) (1:2) və Norveçin "Vikinq" komandasına (1:4) uduzan Azərbaycan təmsilçisi III turda "Slaviya"ya (Çexiya) qalib gəlib - 2:0.
"Barselona" isə 9 xalla 8-ci pillədə qərarlaşıb. Kataloniyalılar daha əvvəl İngiltərənin "Aston Villa" (3:0), Türkiyənin "Qalatasaray" (4:1) və Niderlandın "Feyenoord" (5:1) klubunu məğlub edib. "Barselona" yeganə məğlubiyyətini II turda Fransada PSJ ilə görüşdə alıb - 2:4.