ÇL: "Fənərbağça"nın potensial pley-off rəqibi müəyyənləşdi
İdman
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
News24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən, Türkiyənin "Fənərbağça" klubu üçüncü təsnifat mərhələsində Avstriyanın "Şturm Qrats" komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-offda Çexiyanın "Sparta Praqa" və Fransanın "Olimpik Lion" komandaları arasında keçiriləcək cütün qalibi ilə üz-üzə gələcək.
Pley-off mərhələsinin oyunları 18-19 və 25-26 avqust tarixlərində baş tutacaq.