ÇL: "Sabah" - "Hapoel" qarşılaşmasında altıncı qol vuruldu - CANLI - YENİLƏNDİ 6
İdman
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda altıncı qol vurulub.
News24.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 4:2.
Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina fərqlənib.
22:42
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əsas vaxt başa çatıb.
News24.az xəbər verir ki, Azərbaycan təmsilçisi 90+4-cü dəqiqədə hesabda önə keçib. (3:2)
Tellur Mütəllimov adını tabloya yazdırıb.
İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq
22:22
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hopeal" cavab qarşılaşmasında hesab yenidən bərabərləşib.
News24.az xəbər verir ki, oyunun 73-ci dəqiqəsində Bakı təmsilçisinin futbolçusu Umarali Raxmonaliyev rəqibin qapısından ikinci qolu keçirib. (2:2)
Oyunu rumıniyalı hakim İştvan Kovaç idarə edir
22:09
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hopeal" cavab qarşılaşmasında rəqib önə keçib.
News24.az xəbər verir ki, oyunun 61-ci dəqiqəsində üçüncü qol vurulub. (2:1)
Oyunu rumıniyalı hakim İştvan Kovaç idarə edir
21:53
***
İkinci hissə başladı
21:35
***
Fasilə
21:26
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Sabah" hesabı bərabərləşdirib.
News24.az xəbər verir ki, oyunun 38-ci dəqiqəsində "Sabah"ın 8 nömrəli futbolçusu Kristian Nvaçukvu rəqibin qapısına qol vurub. (1:1)
Oyunu rumıniyalı hakim İştvan Kovaç idarə edir.
20:55
***
UEFA Çempionlar Liqasının pley- off mərhələsinin cavab oyununda hesab açılıb.
News24.az xəbər verir ki, İsrail təmsilçisi matçın 10-cu dəqiqəsində "Sabah"ın qapısına qol vurub. (0-1)
Oyunu rumıniyalı hakim İştvan Kovaç idarə edir.
20:45
***
"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunu çıxır.
News24.az xəbər verir ki, Azərbaycan təmsilçisi İsrailin "Hapoel" (Beer-Şeva, İsrail) komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.
Oyunu rumıniyalı hakim İştvan Kovaç idarə edir.
Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1.