ÇL: "Sabah" "KuPS"a qalib gəldi- YENİLƏNDİ 2
İdman
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - "KuPS" matçı start götürüb.
News24.az xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Matçın baş hakimi polşalı FIFA referisi Lukaş Kujmadır.
Xatıradaq ki, cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
20:00
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - "KuPS" matçı hesab açılıb.
News24.az xəbər verir ki, qarşılaşmanın 45+1-ci dəqiqəsində Masazır təmsilçisi rəqibin qapısına qol vurub. Qolun müəllifi 21 nömrəli Velko Simiçdir.
Qeyd edək ki, matç Masazırda "Bank Respublika Arena"da keçirilir.
Matçın baş hakimi polşalı FIFA referisi Lukaş Kujmadır.
21:48
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Sabah" "KuPS"a (Finlandiya) qalib gəlib.
News24.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" 1:0 hesablı qələbəyə seviniblər.
Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
Qeyd edək ki, tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.