Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi

Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi İdman

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (BCF) bayrağının təhvil-təslim mərasimi keçirilib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildirilib.

Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, BCF-nin baş katibi Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanışbek Yesekeyev iştirak ediblər.

BCF bayrağı arenadakı dirəkdən endirilərək əsas səhnəyə gətirilib. E. Məmmədli bayrağı L. Allana, o isə 2027-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi K. Yesekeyevə təhvil verib. Bununla da yarışa ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib.

Mərasimin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.

Xatırladaq ki, Azərbaycan cüdoçuları Bakıda təşkil olunan dünya çempionatını 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.


Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi