Cüdoçumuz Bakıda Avropa çempionu oldu
İdman
Azərbaycanın eşitmə məhdudiyyətli cüdoçusu Coşqun Əliyev Bakıda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda polşalı Yakub Qlenski ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.