DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzdu - YENİLƏNDİ

DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzdu - YENİLƏNDİ İdman

Futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya uduzub.

News2r.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:2 hesabı ilə məğlub olublar.

Avstraliyanın heyətində Nestori İrankunda (27) və Konnor Metkalf (75) fərqləniblər.

Qeyd edək ki, bu qrupun digər qarşılaşmasında ABŞ seçməsi Paraqvayı 4:1 hesabı ilə məğlub edib.

09:38

Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ikinci qol vurulub.

News24.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar növbəti qolu buraxıblar - 0:2.

75-ci dəqiqədə Konnor Metkalf uzaq məsafədən qapını dəqiq nişan alıb.

Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ikinci hissə başlayıb.

News24.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar hesabda geridədirlər - 0:1.

27-ci dəqiqədə Nestori İrankunda fərqlənib.

08:50

Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ilk hissə başa çatıb.

News24.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar fasiləyə məğlub yollanıblar - 0:1.

27-ci dəqiqədə Nestori İrankunda fərqlənib.

08:31

Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda hesab açılıb.

News24.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında avstraliyalılar ilk qolu vurublar.

27-ci dəqiqədə Nestori İrankunda fərqlənib.

08:01

Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyunu start götürüb.

News24.az xəbər verir ki, D qrupunun matçı "BC Place Vancouver" stadionunda keçirilir.

Qarşılaşmanı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edir.