DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO
İdman
FİFA 2026 Dünya Çempionatının rəsmi himnini təqdim edib
News24.az xəbər verir ki, FİFA 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi himnini açıqlayıb.
“DNT” adlı kompozisiya turnirə hazırlıq çərçivəsində FIFA-nın rəsmi platformalarında yayımlanıb.
Rəsmi himnin hazırlanmasında tanınmış italyan tenor Andrea Boçelli, fransız DJ David Guetta, amerikalı reper Megan Thee Stallion və EJAE iştirak ediblər.
Mahnı 2026-cı il dünya çempionatına hazırlıq mərhələsində ictimaiyyətə təqdim olunub.