DÇ-2026-nın rəsmi himni təqdim olundu: Şakira geri döndü - VİDEO
İdman
Kolumbiyalı məşhur müğənni Şakira növbəti dəfə futbol üzrə dünya çempionatının rəsmi himninin ifaçısı seçilib.
News24.az xəbər verir ki, bu barədə "Marca" portalı müğənninin paylaşımına istinadən məlumat yayıb.
Bildirilib ki, mayın 7-də pop ulduz nigeriyalı müğənni Burna Boy ilə birlikdə ifa etdiyi DÇ-2026-nın rəsmi mahnısı olan "Dai Dai" trekindən qısa hissəni sosial şəbəkə hesablarında paylaşıb.
Mahnının rəsmi təqdimatı mayın 14-nə planlaşdırılıb. "Dai Dai" üçün çəkilən klip Braziliyanın məşhur Marakana stadionunda lentə alınıb.
Xatırladaq ki, Şakira bundan əvvəl 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının rəsmi himni olan "Waka Waka" (This Time for Africa) mahnısını da ifa etmişdi. (Oxu.az)