Portuqaliya-Özbəkistan matçı böyük hesablı fərqlə bitdi
İdman
Portuqaliya Özbəkistana 5:0 hesabı ilə qalib gəlib.
**22:51
Portuqaliya top fərqini 5-ə qaldırıb.
News24.az xəbər verir ki, oyunun 87-ci dəqiqəsində Rafael Leao komandasına 5-ci qolu qazandırıb.
**22:23
Özbəkistan avtoqolla Portuqaliyanın hesabına 4-cü qolu yazdırıb.
News24.az 60-cı dəqiqədə özbəkistanlı futbolçu Abduvohid Nmatovun ayağına toxunan top qapıdan keçib və Portuqaliya komandasına növbəti qolu gətirib.
**21:39
Ronaldo komandasına üçüncü qolu qazandırıb, özünün isə oyunda ikinci qolunu vuraraq dubl edib.
News24.az xəbər verir ki, futbolçu 39-cu dəqiqədə yenidən fərqlənə bilib.
Portuqaliya 3 - 0 Özbəkistan
**21:17
Portuqaliya top fərqini 2-yə qaldırıb.
News24.az xəbər verir ki, Nuno Mendeş 17-ci dəqiqədə komandasına növbəti qolu qazandırıb.
**21:06
Qarşılaşma Portuqaliya yığması üçün yaxşı başlayıb.
News24.az xəbər verir ki, Ronaldonun 6-cı dəqiqədəki qolu ilə Portuqaliya hesabda irəli çıxıb.
**21:00
ABŞ-nin Hyuston şəhərində DÇ-2026 çərçivəsində növbəti qarşılaşma keçirilir.
News24.az xəbər verir ki, bu dəfə Portuqaliya və Özbəkistan milliləri qarşılaşır.