Dante “Bayern Münhen”ə qayıdır?
İdman
Klubun keçmiş futbolçusu Dante yenidən “Bayern Münhen”ə qayıtmağa hazırlaşır.
News24.az xəbər verir ki, məlumata əsasən, braziliyalı keçmiş müdafiəçi klubun gənclər komandasında baş məşqçi vəzifəsini icra edəcək. O, mövcud məşqçi heyətində aparılan dəyişikliklər çərçivəsində bu posta təyin olunacaq.
Bildirilir ki, mövsümün sonunda klub strukturunda yenidənqurma planlaşdırılır və Dante bu prosesin bir hissəsi kimi yeni vəzifəsinə başlayacaq.
Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.