DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub etdi - YENİLƏNDİ 5

DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub etdi - YENİLƏNDİ 5 İdman

Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda hesab açılıb.

News24.az xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.

6-cı dəqiqədə Feliks Nmeça dəqiq zərbə müəlifi olub.


Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyunu start götürüb.

News24.az xəbər verir ki, E qrupunun matçı Hyuston stadionunda keçirilir.

Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.

21:14


Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda ilk hissə başa çatıb.

News24.az xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar fasiləyə üstün yollanıblar - 3:1.

Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.

22:05


Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda altıncı qol vurulub.

News24.az xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar hesabdakı üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 5:1.

68-ci dəqiqədə Nataniel Braun diqqət mərkəzinə düşüb.

22:48


Futbol üzrə dünya çempionatında Almaniya - Kurasaoya böyük hesabla qalib gəlib.

News24.az xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar 7:1 hesablı qələbəyə seviniblər.

Bundestimin qollarını Feliks Nmeça (6), Niko Şlotterbek (38), Kay Havertz (45+5-pen, 88), Camal Musiala (47), Nataniel Braun (68) və Deniz Undav (78) vurublar. Kurasaonun yeganə qolu isə Livano Komenensiyanın (21) ayağına yazılıb.

Qeyd edək ki, bu qrupun digər oyunu saat 03:00-da Fildişi Sahili və Ekvador komandaları arasında keçiriləcək.