DÇ-2026: Argentina Misirə qalib gəldi, 1/4 finala yüksəldi

DÇ-2026: Argentina Misirə qalib gəldi, 1/4 finala yüksəldi İdman

Argentina Misir üzərində 3:2 hesabla qələbə çalaraq növbəti – 1/4 mərhələyə vəsiqə qazanıb. 

**21:56

Argentina üçüncü qolun qazanıb.

News24.az xəbər verir ki, Fernandez 90+3 dəqiqədə komandasını hesabda irəli çıxarıb.

**21:47

Argentina hesabı bərabərləşdirə bilib.

News24.az xəbər verir ki, komandaya ikinci bərabərlik qolunu 83-cü dəqiqədə Messi qazandırıb.

**21:42

Argentina 79-cu dəqiqədə ilk qolunu qazanıb.

News24.az xəbər verir ki, qolun müəllifi Romero olub.

**21:30

Misir top fərqini artırıb.

News24.az xəbər verir ki, Mustafa Ziko 67-ci dəqiqədə Misirə ikinci qolu qazandırıb.

Daha əvvəl Ziko bir qol daha vurmuş olsa da, qayda pozuntusu səbəbindən həmin qol qeydə alınmayıb.

**20:15

Oyunun 15-ci dəqiqəsində hesab açılıb.

News24.az xəbər verir ki, Yaser İbrahim Misiri bir top fərqi ilə irəli çıxarıb.

**20:00

Futbol üzrə dünya çempionatının 1/8 mərhələsində növbəti matç keçirilir.

News24.az xəbər verir ki, Argentina yığması ilə Misir millisi qarşı-qarşıya gəlib.