Türkiyə qalib oldu - Yeniləndi
İdman
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə "play-off" mərhələsinə start verilib.
News24.az A, B, C və D yolları üzrə ümumilikdə 8 qarşılaşma baş tutacaq.
Türkiyə milli futbol komandası İstanbulda Rumıniya milli futbol komandası ilə üz-üzə gəlir. Oyun Beşiktaş Park stadionunda keçirilir və Bakı vaxtı ilə saat 21:00-da başlayır.
Qeyd edək ki, həm yarımfinal, həm də final mərhələlərinin oyunları bir qarşılaşmadan ibarət olacaq. Həlledici görüşlərin isə martın 31-də keçirilməsi planlaşdırılır.
Fərdi Qadıoğlu matçın 53-cü dəqiqəsində hesabı açdı: 1-0
Türkiyə-Rumıniya matçı 1-0 hesabı ilə yekunlaşıb.