Misir Avstraliyanı məğlub edərək 1/8 FİNALA ÇIXDI

Misir Avstraliyanı məğlub edərək 1/8 FİNALA ÇIXDI İdman

Misir penaltilər seriyasında Avstraliyanı məğlub edərək 1/8 finala çıxan növbəti komanda olub. 

News24.az xəbər verir ki, penalti seriyasında Avstraliya 2 qolu vura bilməyib. Misir isə bütün qolları dəqiq icra edərək qələbəni təmin edib.

**00:38

Avstraliya – Misir qarşılaşmasında qalib əsas oyuna daxil edilmiş əlavə vaxtda da müəyyən edilmədiyindən penaltilər keçirilir. 

**23:57

Əsas oyun 1:1 hesabı ilə bitdiyindən Avstraliya və Misir qarşılaşması əlavə vaxta gedib.

**23:16

55-ci dəqiqədə Avstraliya Misirlə hesabı bərabərləşdirib.

News24.az xəbər verir ki, qapı ağzında yaranan təhlükəli vəziyyət zamanı misirli futbolçu Muhammed Hani öz komandasının qapısından qol keçirərək Avstraliyanın hesabına bir qol yazdırıb.

**23:04

Avstraliya – Misir qarşılaşmasında ikinci hissə başlayıb.

**22:50

Qarşılaşmada ilk hissə bitib. 

News24.az xəbər verir ki, Misir fasiləyə 1:0 üstünlüklə yollanıb.

**22:12

Qarşılaşmanın ilk qolu Misirdən gəlib.

News24.az xəbər verir ki, Emam Aşur 13-cü dəqiqədə komandasına ilk qolu qazandırıb.

**22:00

Futbol üzrə dünya çempionatının 1/16 mərhələsində qarşılaşmalar davam edir.

News24.az xəbər verir ki, bu dəfə Avstraliya və Misir yığmaları qarşılaşır.