DÇ-2026: Meksika yığması CAR millisini məğlub etdi
İdman
Meksika mundiala qələbə ilə başladı.
News24.az xəbər verir ki, yığma CAR millisini 2-0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ilk oyun həm də "qırmızı vərəqə"lərin çoxluğu ilə yadda qalıb.
Belə ki, qayda pozuntularına görə, CAR-ın 2, Meksikanın isə 1 futbolçusu "qırmızı vərəqə" alıb.
**
Meksika top fərqini artırıb.
News24.az xəbər verir ki, Raul Ximenez komandasının hesabına ikinci qolu yazdırıb.
Oyunun 67-ci dəqiqəsində futbolçunun dəqiq baş zərbəsi rəqib qapısının torunu silkələyib.
Meksika 2 - 0 CAR
**
Qarşılaşmada hesab açılıb.
News24.az xəbər verir ki, oyunun 9-cu dəqiqəsində Culian Kinonyes Meksikanın hesabına ilk qolu qazandırıb.
Qeyd edək ki, bununla da futbolçu çempionatın ilk qoluna imza atıb.
**
2026-cı il futbol üzrə dünya çempionatının ilk oyunu keçirilir.
News24.az xəbər verir ki, meydan sahiblərindən Meksika Cənubi Afrika Respublikası yığması ilə qarşılaşır.
Komandalar meydana aşağıdakı heyətlə çıxıblar:
Meksika: Ranxel, Reyes, Montes, Vaskes, Qalyardo, Lira, Fidalqo, Qutyerres, Alvarado, Kinyones, Ximenes.
CAR: Uilyams, Modiba, Okon, Mbokazi, Sibisi, Mudau, Mokoena, Sitole, Adams, Reyners, Foster.