DÇ-2026: Braziliya 1/8 finala çıxdı

DÇ-2026: Braziliya 1/8 finala çıxdı İdman

Braziliya və Yaponiya matçı Braziliya yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

News24.az xəbər verir ki, bununla da Braziliya 1/8 finala vəsiqə qazanıb.

**22:57

Braziliya ikinci qolunu qazanıb.

News24.az xəbər verir ki, Martinellinin 90+6 dəqiqədəki qolu ilə Braziliya hesabda önə çıxıb.

**22:17

İkinci hissədə hesab bərabərləşib.

News24.az xəbər verir ki, 56-cı dəqiqədə Kazemiro Yaponiya qapısına qol vurub.

**21:50

Yaponiya fasiləyə 1 top üstünlüklə yollanıb. 

**21:29

Kaişu Sano Yaponiyaya ilk qolu qazandırıb.

News24.az xəbər verir ki, hesab qarşılaşmanın 29-cu dəqiqəsində açılıb.

**21:00

FIFA 2026 Dünya Çempionatında 1/16 mərhələsinin oyunları çərçivəsində növbəti qarşılaşma baş tutur.

News24.az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində Braziliya yığması Yaponiya millisi ilə qarşılaşır.